Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 11:56
"Yuventus"un sabiq çalışdırıcısı Massimiliano Alleqri məşqçiliyə qayıtmağa hazırdır.
Qol.az "La Gazetta Dello Sport"a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis 1 illik istirahətdən sonra yenidən işə başlamaq istəyir. Bildirilir ki, Alleqri ailəsi ilə İtaliyada yaşadığı üçün A Seriyası klubunda işləməyə üstünlük verir, ancaq o, ambisiyalarına uyğun bir iş təklifi alacağına əmin deyil.
Massimiliano ilə "Mançester Yunayted" və PSJ-nin maraqlandığı vurğulanıb.
Qeyd edək ki, Alleqri ötən ilin yayında Turin təmsilçisindən ayrılıb.