Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 17:30
"Mançester Siti"nin əfsanəvi futbolçusu Qlin Pardo vəfat edib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, xəstəlikdən əziyyət çəkən Pardo 73 yaşında ölüb.
Karyerası ərzində yalnız "şəhərlilər"in formasını geyinmiş ingiltərəli 1962-1976-cı illərdə həm müdafiəçi, həm də hücumçu kimi matçlarda iştirak edib. Klub rəsmi saytı vasitəsilə Pardonun ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Qlin Pardo "Mançester Siti"nin heyətində 1968-ci ildə İngiltərə çempionu olub. O, həmçinin ölkə kubokunu, Liqa kubokunu, Superkubokunu və Kuboklar Kubokunu qazanıb.