Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının SİYAHISI bəlli olub

Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının SİYAHISI bəlli olub

Tarix: 27 May 2020 14:42

Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının siyahısı açıqlanıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, İspaniyanın "Marka" nəşrinin səsvermə ilə müəyyənləşdirdiyi cədvəldə planetin 40 komandası yer alıb.

1 milyondan artıq azarkeşin səs verdiyi Mərakeş təmsilçisi "Raca" birinci yeri tutub. Misir klublarından "Əl-Əhli" ikinci, "Zamalek" üçüncü olub. Ən yaxşı Avropa klubu "Betis" siyahıda 5-ci yeri tutub.

Azərbaycan komandalarının düşmədiyi cədvəldə Türkiyəni iki klub təmsil edib. "Qalatasaray" 25-ci, "Fənərbaxça" 32-ci yerdə qərarlaşıb.

1. Raca (Mərakeş)
2. Əl-Əhli (Misir)
3. Zamalek (Misir)
4. Flamenqo (Braziliya)
5. Betis (İspaniya)
6. Liverpul (İngiltərə)
7. Esperans (Tunis)
8. Real (İspaniya)
9. Borussiya D (Almaniya)
10. Atletiko (İspaniya)
11. Barselona (İspaniya)
12. Atletik (İspaniya)
13. Boka Xuniors (Argentina)
14. Sevilya (İspaniya)
15. Kolo-Kolo (Çili)
16. Palmeyras (Braziliya)
17. Persepolis (İran)
18. River Pleyt (Argentina)
19. Valensiya (İspaniya)
20. Vidad (Mərakeş)
21. Seltik (Şotlandiya)
22. Napoli (İtaliya)
23. Korintians (Braziliya)
24. Milan (İtaliya)
25. Qalatasaray (Türkiyə)
26. Penyarol (Uruqvay)
27. Tiqres (Meksika)
28. Olimpiakos (Yunanıstan)
29. Şalke (Almaniya)
30. Milyonarios (Kolumbiya)
31. Ayntraxt (Almaniya)
32. Fənərbaxça (Türkiyə)
33. PSJ (Fransa)
34. Əl-Zaura (İraq)
35. Amerika (Meksika)
36. Mazembe (Konqo)
37. Nasyonal (Kolumbiya)
38. Qremio (Braziliya)
39. Nasyonal (Uruqvay)
40. Qvadalaxara (Meksika)

Milli.Az


Etiketlər:  Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının SİYAHISI bəlli olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ