Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcma sədri: Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

İcma sədri: Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

Tarix: 29 May 2020 11:58

Bakı. Elçin Mehdiyev - Trend:

Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Bunu Trend-ə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

İcma rəhbəri qeyd edib ki, işğaldan azad ediləndən sonra Dağlıq Qarabağ və ətraf ərazilərdə dağıdılan şəhərlər, rayonlar, kənd və qəsəbələr ən müasir formada yenidən qurulacaq.

"Biz 2016-cı iln aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin qısa zaman ərzində yenidən qurulduğunun şahidi olduq. Yeni evlər, məktəb binası, uşaq bağçası, mədəniyyət sarayı, istirahət parkı, məscid tikildi, yaşıllıq zolaqları salındı. Kənd sakinləri uzun illərdən sonra yeni evlərinə qayıdaraq köçkünlük həyatına son qoydular.

Cocuq Mərcanlı, Şıxarx qəsəbələrinin timsalında Azərbaycan dövləti dünyaya sübut etdi ki, Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunacaq ərazilərimizdə ən qısa zamanda insanların bütün həyat şəraitini təmin edəcək, şəhər, rayon, kənd və qəsəbələr salmağa qadirdir. Köçkünlərlə keçirdiyimiz görüşlərdə bu mövzuda dəfələrlə söhbətlərimiz olub.

Elə insanlar var ki, geri qayıdandan sonra tikəcəyi evin layihəsi və mənzilin dizaynına qədər hər şeyi planlaşdırıb. Bu insanlar geri qayıdacaqları günü gözləyirlər ki, uzun illər xəyallarında yaşatdıqları arzuları reallaşdıra bilsinlər”.

T.Gəncəliyev qeyd edib ki, rəsmi Bakı Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışır:

“Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar masası üzərində mərhələli həll variantdır. Ermənistan hakimiyyətinin riyakarlığı üzündən münaqişənin həlli uzun illərdir ki mümkün olmur.

Ermənistan rəhbərliyi həm öz xalqını, həm də münaqişənin tərəfləri arasında vasitəçilik missiyası həyata keçirən qurumları aldadır. Bu isə bəlli bir nöqtəyə qədər davam edə bilər.

Hesab edirəm ki, artıq həm Ermənistan əhalisi, həm də beynəlxalq təşkilatlar bunu başa düşməyə başlayıblar. Ermənistan hakimiyyəti danışıqlarda etibarsız tərəf sayılır”.


Etiketlər:  İcma sədri dağıdılmış qəbristanlıqlarımızı tarixi mədəni dini abidələrimizi bərpa edəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ