Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

At çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər

At çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər

Tarix: 29 May 2020 15:44

Sosial şəbəkədə at çapmaqla fenomenə çevrilən Gülay Fərzəliyeva uzun müddət sevdiyi hobbisindən kənarda qalacaq.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə 12 yaşlı Gülayın "İnstagram" hesabında məlumat paylaşılıb.

Bildirilir ki, o, yelləncəkdən yıxılarkən sağ ayağı dizdən yuxarı sınıb.

"Gülay parkda yelləncəkdə yellənərkən yıxıldı və sağ ayağı dizdən yuxarı sındı. Hal-hazırda xəstəxanadadır. Biz əsasən təhlükəni atlardan gözləyirdik, lakin əksi olaraq tam başqa yerdən gəldi. Gülay bir il sizdən ayrı qalacaq, dualarınızı əsirgəməyin",- deyə paylaşımda qeyd olunub.


Etiketlər:  çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ