Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 18:18
Bakı. Samir Əli - Trend:
Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Hökumət rəsmisi bildirib ki, bununla bağlı müvafiq qərar imzalanıb: "Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artıqdıqca məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq".
O qeyd edib ki, hansı rayonda yoluxma artsa, həmin bölgə qapadılabilər və orada daha güclü karantin rejiminin tətbiq olunması mümkündür.