Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 18:20
Cərimələrin miqdarı hələ dəqiqləşməyib, bununla bağlı qanun layhəsi Milli Məclisdə müzakirə olunur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, qapalı yerlərdə karantin rejiminə nəzarət, maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq. Milli Məclis təsdiqlədikdən sonra cərimələrin miqdarı müəyyən olunacaq. Bu cərimələrdən qaçmaq mümkün olmayacaq.