Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür - Ramin Bayramlı

Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür - Ramin Bayramlı

Tarix: 29 May 2020 18:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiq olunmağa başlanıldığı aprel ayının əvvəlində xəstə sayında azalma müşahidə edildi. Amma məhdudiyyətlərin aradan qaldırıldığı vaxtdan xəstələrin sayında artım baş verir:

“Vətəndaşlarımızın qaydalara əməl etməməsi nəticəsində artım müşahidə edilir. Infeksiyanı məhdudlaşdırmaq istəyiriksə, ya sərt karantin rejimi olmalıdır, ya da qaydalara əməl edilməlidir. Bütün dünyada olduğu kimi biz də ikinci yolu seçməliyik. Biz bu qaydalara əməl etmyi özümüzə aşımalıyıq”.

R.Bayramlı qeyd edib ki, qaydalara əməl edilməməsi nəticəsində ölkədə virusa yoluxanların sayı sağalanların sayından çoxdur. Ağır xəstələrin sayının artmasına baxmayaraq, vəfat edənlərin sayında ciddi artım müşahidə edilmir.

TƏBİB sədri bildirib ki, ümumi yoluxmaların 47 faizi Bakının payına düşür. Gəncə-Qzax bölgəsində yoluxma göstəricisi 13,6 faiz, Aran rayonlarında 11,1 faiz, Abşeronda 9,2 faizdir. Digər bölgələrdə yoluxma göstəricisi təxminən 5 faizdən aşağıdır:

“Bakı şəhəri üzrə ümumi yoluxma sayı üstünlük təkil edir. Son günlər ərzində yoluxma tempinin yüksək olduğu ərazilər adlarını qeyd etdiyim rayon və şəhərlərdir. Bu rayonların bəzilərində bir necə kənddə xüsusi yoluxma halları qeydə alınır”.

R.Bayramlı bildirib ki, Bakının Yasamal rayonunda yoluxma göstəricisi 14,5 faiz, Nəsimi rayonunda 13 faiz, 11,1 Binəqədi rayonunda, 10 faiz Xətai rayonunda, 7 faiz Qaradağ 5,9 faiz Nizami rayonunda müşahidə edilib.


Etiketlər:  Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür Ramin Bayramlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ