Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - Siyahı

Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - Siyahı

Tarix: 30 May 2020 11:54

Azərbaycanda hazırda 1806 koronavirus xəstəsi müalicə olunur. Bu xəstələrin hansı xəstəxalarda yerləşdirildiyi açıqlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, paytaxtda Tibb Universitetinin Terapevtik Klinikasında 87, Cərrahiyə Klinikasında 121, Mərkəzi Neftçilər Xəstəxanasında 85, 2 saylı şəhər Klinikasında 72, 7 saylı uşaq xəstəxanasında 81, Ağciyər xəstəlikləri İnstitutunun xüsusi bölməsində 5, Bakı Sağlamlıq Mərkəzində 52, Yeni Klinikada 70 nəfərə yaxın xəstə müalicə alır.

Masallı rayonunda 140, Qobustanda 53, Şəmkirdə 80, Goranboyda 126 nəfər və qalanları isə digər xəstəxanalarda müalicəsini davam etdirir".

R.Bayramlı əlavə edib ki, xüsusi karantin rejimi üçün ilk olaraq 5 mindən artıq çarpayı ayrılıb:

"Modul tipli xəstəxanaların açılışından sonra 2 min çarpayının da istifadəyə verilməsi gözlənilir. Ümumilikdə 7 mindən artıq çarpayı fondumuz olacaq. Hazırda 1806 nəfərin müalicə olunduğunu nəzərə alaraq xəstəxanaların doluluq nisbətini və çarpayı fondumuzun vəziyyətini müəyyən etmək olar".


Etiketlər:  Koronavirusa yoluxanlar xəstəxanalardadır Siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ