Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb (VİDEO)

TƏBİB və Bakı Media Mərkəzi

Tarix: 30 May 2020 12:21

Bakı. Trend:

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan "Metodiki Göstərişlər"lə daha yaxından tanış olması üçün TƏBİB və Bakı Media Mərkəzi animasiya şəklində videoçarxlar hazırlayıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, budəfəki videoçarx "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında hazırlanıb.

Çox sadə gigiyenik qaydalara riayət etməklə, özünüzün və sevdiklərinizin sağlamlığının qoruya bilərsiniz. Unutmayın, sağlamlığınız öz əlinizdədir!

Həmin videoçarxı təqdim edirik:


Etiketlər:  TƏBİB Bakı Media Mərkəzi Metodiki Göstərişlərlə bağlı növbəti videoçarx hazırlayıb VİDEO


RƏYLƏR