Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 21:00
Ukrayna Premyer Liqasında 2019/2020 mövsümü bərpa olunub.
Qol.az xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da bu gün oyuna çıxıb. Komanda 24-cü turda doğma meydanda "Zarya" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
P.Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 45-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Aleksandriya" hazırda 43 xalla 5-cidir.