Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

On nəfərdən 3-də bu xəstəlik var: İnsanların çoxu təhlükədən xəbərsizdir

On nəfərdən 3-də bu xəstəlik var: İnsanların çoxu təhlükədən xəbərsizdir

Tarix: 30 May 2020 23:21

Dünyada 1,5 milyard insanın hipertoniyadan əziyyət çəkdiyi bildirilir. Onların təxminən yarısının öz xəstəliyindən xəbərsiz olduqlarını nəzərə alaraq bu gün əhali xəstəliklə mübarizədə profilaktik tədbirlərə cəlb olunur, diaqnostika və müalicəyə dair məlumatlandırılır.

Yüksək təzyiq sistolik arterial təzyiqin 140-dan, diastolik arterial təzyiqin isə 90 millimetr civə sütunundan yuxarı qalxmasıdır. Adətən yüksək təzyiqin 95 faizi essensial hipertenziyanın, yəni hipertoniyanın payına düşür, qalan 5 faizi isə simptomatik hipertenziya təşkil edir. Hipertoniya ən çox rast gəlinən, bir çox fəsadlara səbəb olan xroniki xəstəlikdir, dünyada ölümlərin və əlilliklərin əsas səbəblərindən hesab olunur.

Məlumatlara görə, dünyada hər on nəfərdən 3-də yüksək təzyiq var. Onların yalnız yarısının bundan xəbəri olur, olanlar isə çox zaman buna qarşı tədbir görmür, davamlı müalicələr almırlar. Yüksək təzyiq uzun zaman heç bir əlamət vermədən ürək, qan-damar sistemi, beyin, böyrəklər kimi həyati əhəmiyyətli orqanlarda fəsadlar yarada bilir. Ona görə də onu çox zaman "səssiz düşmən" adlandırırlar.

Amma hipertoniyanın əsas əlamətləri halsızlıq, yorğunluq, baş ağrısı, başgicəllənmə, burun qanaması, görmədə pozğunluq, nəfəs almada çətinlik, yerimədə, pilləkən qalxmada çətinlik, tez-tez sidiyə getmə-əsasən də gecələr bu halın baş verməsi, ayaqlarda şişkinlik və s. sayılır.

Yüksək təzyiqi olanların daim həkim nəzarətində olmaları, təyin olunan dərmanları vaxtlı-vaxtında qəbul etmələri, sağlam qidalanmaları, artıq çəkidən qorunmaları, duz qəbulunu azaltmaları, fiziki aktivliyi artırmaları, təzyiqlərini daim nəzarətdə saxlamaları tövsiyə olunur.

Təzyiqi olmayanlar isə ən azı ildə bir dəfə təzyiqlərini ölçməlidirlər.


Etiketlər:  nəfərdən xəstəlik İnsanların çoxu təhlükədən xəbərsizdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ