Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniya şahzadəsinin ''Facebook''da gizli səhifəsi aşkar edilib

Böyük Britaniya şahzadəsinin ''Facebook''da gizli səhifəsi aşkar edilib

Tarix: 31 May 2020 15:04

Bakı. Trend:

“Facebook” sosial şəbəkəsində Böyük Britaniya şahzadəsi Harrinin əvvəllər idarə etdiyi səhifə aşkar edilib.

Trend-in məlumatına görə, səhifəni “Daily Mirror” qəzetinin əməkdaşları tapıb.

Qeyd olunur ki, Spayk Uells adlı şəxsin adını daşıyan səhifə 2008-2012-ci illərdə fəal olub. Daha sonra, səhifə silinib.

Səhifədə şahzadə Harrinin keçmiş sevgilisi Çelsi Devi ilə şəkilləri yer alıb.

Jurnalistlər müəyyən edib ki, şahzadə Harrinin uşaqlıqda saç düzümünə görə təxəllüsü Spayk olub.

Xatırladaq ki, şahzadə Harri ötən il kral ailəsindən uzaqlaşaraq şahzadə titulundan imtina etmişdi.

Qeyd edək ki, kral ailəsinin mühafizə xidməti şəxsi təhlükəsizlik məqsədilə ailə üzvlərinin sosial şəbəkələrdən istifadəsini məqsədəuyğun saymır.

Qeyd edək ki,


Etiketlər:  Böyük Britaniya şahzadəsinin Facebookda gizli səhifəsi aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ