Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kimin qalib, kimin məğlub olması önəmli deyil” - FOTO

“Kimin qalib, kimin məğlub olması önəmli deyil” - FOTO

Tarix: 1 Iyun 2020 11:20

Həyat mübarizədir. Əgər rəqibin sənə savaş elan edirsə - vacibdir ki,bu çağırışı qəbul edəsən. Və döyüşə alnı açıq - üzü ağ girəsən.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri sosial media hesabında müğənni Elnarə Xəlilova yazıb.

O, sərhədçi geyimində bölüşdüyü fotosuna bu şərhləri də əlavə edib:

"Artıq kimin qalib, kimin məğlub olması önəmli deyil. Önəmli olan rəqibinin gözünün içinə mərdi-mərdanə baxa bilməkdir. Əgər bunu etməyə özündə cürət tapırsansa, demək ki, haqlısan. Haqlı tərəf isə şübhəsiz qalibdir. Mən fəxr edirəm ki, sərhədçiyəm!".

Qeyd edək ki, E.Xəlilova Dövlət Sərhəd Xidmətində çalışır. O, hazırda leytenant rütbəsini daşıyır.

Milli.Az


Etiketlər:  Kimin qalib kimin məğlub olması önəmli deyil FOTO


RƏYLƏR