Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 17:45
"Bilirsiniz, nə qədər insan sevindi ki, yaxşı oldu sizə. Daha demirlər ki, bizə heç nə olmadı".
Sonxeber.net xəbər verir ki, bunu "Şou ATV"nin qonağı olan Nadir Qafarzadə koronavirusa görə toyların keçirilməməsi ilə bağlı danışarkən deyib.
Müğənni xüsusi karantin rejimi ilə əlaqədar toyları olmadığı üçün sevinənləri efirdə sərt tənqid edib:
"Pis çıxmasın, belə baxanda bu sənətçi haradan olsa gedib qazanacaq. Çünki səsi üstündədir. Kimsə onu bağına çağıracaq, evində oxudub pulunu verəcək. Amma siz niyə sevinirsiniz? Toy olmayacaq, olmayacaq da. Xoruz yox idi səhər açılmırdı? Bizim xalqa əksinə toy yaraşır. Bu necə bədniyyəbətlikdir, nə arzudur? Başına dəysin arzun".
Məhəmməd Vaqif