Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 22:12
"Mançester Yunayted" müqavilə ilə Çinin "Şanxay Şenxua" klubuna məxsus olan Odion İqalonun icarə müddətini uzadıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. İcarə müqaviləsi mayın 31-də bitən İqalo 2021-ci ilin yanvar ayının sonunadək "qırmızı şeytanlar"da çıxış edəcək.
Qeyd edək ki, bu ilin yanvar ayından "Mançester Yunayted"də oynayan 30 yaşlı hücumçu, 8 matçda 4 qol vurub.