Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artistin nəvəsi ana bətnində TƏLƏF EDİLDİ: Onun müalicəsi yox idi - FOTO

Əməkdar artistin nəvəsi ana bətnində TƏLƏF EDİLDİ: Onun müalicəsi yox idi - FOTO

Tarix: 2 Iyun 2020 14:55

Əməkdar artist Kəmalə Müzəffər "Bizimləsən"də keçən il ailə həyatı quran qızının başına gələnləri danışıb.

Milli.Az xəbər verir ki, aktrisa qızı Banuçiçəyin dünyaya gətirəcəyi övladını məcburiyyətdən itirməli olduğunu bildirib.

Əməkdar artist nəvəsinin talassemiya xəstəsi kimi doğulacağını bildirib. O, Zaurdan süni mayalanma yolu ilə nəvə həsrətinə son qoymaqda yardım etməyini xahiş edib:

"Bunu biləndən sonra biz də məcbur olub, hamiləliyi dayandırdıq. Bir həftə özümüzə gələ bilmədik. Bunu heç kimə bildirmədik. Kədərimizi də qürurla yaşadıq. Əvvəlcədən analizlər verilmişdi, hər şey yoxlanılmışdı. Biz bunu bilirdik və gözləyirdik. Onların səkkiz illik sevgisi var. Türkiyədə birlikdə təhsil alıblar. Onların sevgisi ilə qürur duyuram. Süni mayalanma yolu ilə də olsa mənə şərəf olar ki, o qapıdan öz nəvəmlə girim. Qızım uşaqları o qədər sevir ki, bu duruma düşməyi mənə çox ağırdı. Anayam və bunun nə demək olduğunu hamıdan yaxşı bilirəm. Övladım da baş böyüməsindən qucağımda vəfat edib. O zaman onun müalicəsi yox idi. Dördüncü ayında uşağım qucağımda rəhmətə getdi. Şükür edirdim, çünki övladım yaşasaydı, onun müalicəsi mümkün olmayacaqdı, əzab çəkəcəkdi".

Qeyd edək ki, əməkdar artistin iki oğlu, bir qızı var. Qızı Banuçiçək keçən ilin noyabr ayında gəlin köçüb.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Əməkdar artistin nəvəsi ana bətnində TƏLƏF EDİLDİ Onun müalicəsi yox idi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ