Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı

Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı

Tarix: 2 Iyun 2020 18:14

Bu gün Baş Prokurorluğun yaydığı məlumata əsasən, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmış, araşdırma nəticəsində faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Təhsil Nazirliyindən Sonxeber.net-a bildirilib ki, bəzi media qurumları Baş Prokurorluğun məlumatında istinad edilən sabiq direktor Cavad Səfərovun hazırda 22 saylı tam orta məktəbin direktoru vəzifəsini icra etdiyini səhvən qeyd ediblər.

Məsələ ilə bağlı nazirlik bildirir ki, hələ 2016-cı ildə Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən Səfərov Cavad Abdulla oğlunun əmək müqaviləsinə öhdəliklərini yerinə yetirmədiyinə, məktəbəhazırlıq qruplarının təşkili qaydalarının kobud surətdə pozduğuna, digər əməlləri ilə dövlətin qanuni mənafelərinə xələl gətirdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir (BŞTİ 11/1025, 25 noyabr 2016-cı il tarixli əmr). Bununla da direktor vəzifələrini icra edən şəxsin müxtəlif xarakterli qanunsuz əməllərinin 4 il bundan öncə daxili araşdırma nəticəsində ifşa edilərək müvafiq materialların hüquq-mühafizə orqanlarına təqdim edilməsi təmin edilmişdir.

Təhsil Nazirliyi tərəfindən dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirlərinin aparılması aidiyyəti dövlət qurumları ilə birlikdə davam etdirilir.


Etiketlər:  Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ