Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Muğam Mərkəzi "Muğam axşamları" layihəsini yeni formatda təqdim edir - VİDEO

Muğam Mərkəzi

Tarix: 2 Iyun 2020 20:09

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" möhtəşəm layi!həsi tamaşaçılara yeni formatda təqdim ediləcək.

Qeyd edək ki, artıq 4 ildən çoxdur ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş  "Muğam axşamları" layihəsini həyata keçirir.  Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.

Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər. Bundan sonra isə BMM canlı konsertləri ilə bərabər "Muğam axşamları" layihəsini həm də Mərkəzin yeni yaradılan TV studiyası tərəfindən  mərkəzin Youtube kanalı, Facebook və İnstagram səhifələri vasitəsilə yayımlayacaq. Bütün muğamsevərləri "Muğam axşamları" nın səfasına dəvət edirik!!

Milli.Az


Etiketlər:  Muğam Mərkəzi Muğam axşamları layihəsini yeni formatda təqdim edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ