Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Muğam axşamları" layihəsi yeni formatda (VİDEO)

Tarix: 2 Iyun 2020 20:20

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layi!həsi tamaşaçılara yeni formatda təqdim ediləcək.

Trend-in məlumatına görə, artıq 4 ildən çoxdur ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş “Muğam axşamları” layihəsini həyata keçirir.

Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər. Bundan sonra isə BMM canlı konsertləri ilə bərabər “Muğam axşamları” layihəsini həm də Mərkəzin yeni yaradılan TV studiyası tərəfindən mərkəzin Youtube kanalı, Facebook və İnstagram səhifələri vasitəsilə yayımlayacaq. Bütün muğamsevərləri “Muğam axşamları” nın səfasına dəvət edirik!!


Etiketlər:  Muğam axşamları layihəsi yeni formatda VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ