Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə korona peyvəndinin istehsalına başladı

Türkiyə korona peyvəndinin istehsalına başladı

Tarix: 2 Iyun 2020 22:27

Türkiyə Qızıl Ay Komitəsinin başçısı Kərəm Kınık koronavirus peyvəndi ilə bağlı açıqlama yayıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, komitə rəhbəri "passiv immunitet sistemi" adlandırılan hiperimmunqlobulinin sənaye istehsalına başlayacaqlarını açıqlayıb.

"Yəni, plazmadan saflaşdırılaraq əldə etdiyimiz anticismlərlə "passiv peyvənd" istehsal edəcəyik. İlk işlərimizi başa çatdırmışıq. Yeni bir pandemiyanın yayılması vəziyyətində əlimizdə kifayət qədər dondurulmuş plazma və passiv peyvənd olacaq", - Kınık bildirib.

Koronavirusun müalicəsində uğurları artıran üsullardan biri də plazma köçürülməsi oldu. Türkiyə dünyada koronavirus xəstələrinə plazma köçürülməsinə ən erkən başlayan ölkələrdən biridir. İndiyədək Türkiyədə 4 minə qədər insana plazma nəql edilib.


Etiketlər:  Türkiyə korona peyvəndinin istehsalına başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ