Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 15:28
ABŞ-ın "Google" korporasiyası istifadəçilərinin şəxsi məlumatlarını toplaması ittihamı ilə məhkəməyə verilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, iddiada deyilir ki, şirkət kompüter və ya telefonla internetə daxil olan bütün istifadəçilərinin fərdi məlumatlatlarını gizli şəkildə toplayır.
Bu prosedur əsasən, "Google Analytics" və "Google Ad Manager" kimi xidmətlər vasitəsilə həyata keçirilir.
Məhkəmə iddiasını 1 milyon nəfər imzalayıb.
Qeyd olunur ki, iddia təsdiqlənəcəyi təqdirdə "Google" 5 milyard dollaradək cərimələnə bilər.