Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koutinyo ilə bağlı qərar verildi

Koutinyo ilə bağlı qərar verildi

Tarix: 3 Iyun 2020 17:40

Bayern Münich Filippe Koutinyo ilə yollarını ayırmağa qərar verib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi İspaniya nəhəngi Barcelona-dan iyunun 30-na qədər icarəyə götürdüyü braziliyalı futbolçunun transfer hüququnu almayacaq.

"Bild" qəzetinin yaydığı xəbərə görə, Bundesliqanın lideri 27 yaşlı futbolçunu yenidən icarəyə götürmək də istəmir. Bu isə onun yayda yenidən Barcelona-ya qayıdacağı anlamına gəlir.

Bayern-in prezidenti Karl Haynts Rummenigge bir müddət əvvəl Koutinyonun gələcəyi barədə danışarkən onun haqqında mövsüm bitəndən sonra qərar verəcəklərini bildirmişdi.

Qeyd edək ki, Koutinyo cari mövsüm 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub.


Etiketlər:  Koutinyo ilə bağlı qərar verildi


RƏYLƏR