Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin əməliyyatı keçirən aktrisa Azərbaycana gələ bilmir

Beyin əməliyyatı keçirən aktrisa Azərbaycana gələ bilmir

Tarix: 3 Iyun 2020 18:48

Tanınmış aktrisa Naibə Əlibəyova Azərbaycana qayıda bilmir.

Sonxeber.net olke.az-a istinadən xəbər verir ki, aktrisanın sözlərinə görə, həkim müayinəsindən keçmək üçün Türkiyəyə getsə də, sərhədlər bağlandığı üçün Azərbaycana qayıda bilmir:

"Bir neçə ay əvvəl Türkiyəyə müayinə üçün gəlmişəm. Məlum olduğu kimi bir müddət əvvəl beyin əməliyyatı keçirmişəm. İldə iki dəfə də müayinə üçün mütləq Türkiyəyə getməliyəm. Artıq dördüncü aydır ki, buradayam. Koronavirusla əlaqədar olaraq vətənə qayıda bilmirəm. Çarter reyslər təşkil olunsa da, işlərimlə əlaqədar olaraq ölkəyə qayıtmağım mümkün olmadı".

Qeyd edək ki, daha çox "Bəyin oğurlanması" filmindəki epizodik rolla yadda qalan Naibə Əlibəyova xərçəngdən əziyyət çəkir və əməliyyat olunduğuna görə sənətdən uzaqlaşıb.


Etiketlər:  Beyin əməliyyatı keçirən aktrisa Azərbaycana gələ bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ