Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə klublarında 9 nəfər koronavirusa yoluxdu

İngiltərə klublarında 9 nəfər koronavirusa yoluxdu

Tarix: 4 Iyun 2020 10:44

İngiltərə Çempionşipində mübarizə aparan klublardan növbəti dəfə koronavirus testi götürülüb.

Qol.az İngiltərə Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 9 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

24 klubdan 1094 nəfər testdən keçirilib. Onların arasında 6 ayrı klubdan 9 nəfərdə koronavirus aşkarlanıb. Adlar açıqlanmayıb.

Test nəticəsi müsbət çıxan şəxslər xüsusi nəzarətə götürülüblər.

Qeyd edək ki, daha əvvəl Çempionşipdə 15 nəfərdə koronavirus aşkarlanmışdı.

 


Etiketlər:  İngiltərə klublarında nəfər koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ