Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Metro bağlana bilərmi, bu mümkdündürmü?" - Baş İnfeksionist

Tarix: 4 Iyun 2020 12:20

"İnsanların karantin qaydalarına riayət etməməsi bəzi qaydaların yenidən sərtləşdirilməsinə vadar etdi". 

Bunu Milli.Az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O, sosial məsafəyə əməl edilməzsə maskanın qorumaq gücünün minimuma endiyini bildirib:

"Maska taxan şəxs sosial məsafəyə riayət eməzsə yoluxma risqi yüksək olacaq. Maska taxıb taxmamasına baxmayaraq, məsafə nə qədər yaxın olarsa yoluxma risqi də artır. Məsafə bir metrdən az olarsa yoluxma qarantidir. Amma ictimai nəqliyyatda sıxlığın davam etdiyini hamımız görürk. Buna mən ya sən neyləyə bilərik?! Orada yoluxma ehtimalı yüksəkdir. Metro, ictimai nəqliyyat bağlana bilərmi, bu mümkdündürmü? Bir müddət bunu etsək də gördük ki, bu mümkün deyil. Camaat işinə getməlidir".

Baş infeksionist sosial məsafənin qorunması üçün variantını da səsləndirib:

"Sadəcə, yoluxmanın artmaması üçün həm metroda, həm sərnişin avtobuslarında sosial məsafəyə riayət və maska istifadəsi zəruridir. Yoluxma risqini azaltmaq üçün ictimai nəqliyyatdan istifadə edənlərin sayı gərək az olsun. Amma çox təəsüf ki, dünyanın heç bir yerində bunu etmək mümkün deyil. İnsanlar işə getməyə tələsir, nəticədə basabas yaranır. Türkiyədə belə sərnişinləri avtobuslardan düşürürlər. Bizim gərək avtobuslarımızın sayı o qədər çox ola ki, bu ara məsafəsini gözləmək mümkün olsun. Buna çalışdığımız qədər əməl ertsək və maskadan istifadə edəriksə, təhlükə qat-qat aşağı düşər".

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Metro bağlana bilərmi bu mümkdündürmü Baş İnfeksionist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ