Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 13:44
Bakı. Trend:
Norveçin şimalındakı Krakneset burnunda torpaq sürüşməsi yaşayış məntəqəsini dənizə aparıb.
Trend-in məlumatına görə, 600 metr enində sürüşmə nəticəsində geniş torpaq sahəsi və azı 8 ev quru hissədən aralanıb.
Sakinlər helikopterlərin köməyi ilə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sürüşmə zamanı bölgədə qalan it üzərək sahilə çıxa bilib.
Qeyd olunur ki, sürüşmə seysmik fəallıq nəticəsində baş verib. Bu fəallığın bir neçə gün davam edəcəyi bildirilir.