Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər" - Ramin Bayramlı

Tarix: 4 Iyun 2020 17:24

Ola bilsin ki, növbəti həftələrdə bayram günlərinə yaxın həftə sonları birləşdirlməklə 2-3 günlük qapanmalar tətbiq edilsin.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 virusunun yayılmasının azaldılması üçün karantin qaydalarının müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Bununla əlaqədar həftənin sonunda Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini tərk etməsi qadağan edilir.
R.Bayramlı qeyd edib ki, fəaliyyətinə icazə verilən qurumlar barədə müvafiq məlumatlar müəssisələrə göndərilib.

TƏBİB sədri əlavə edib ki, bu gün ölkədə COVİD-19-la bağlı 7047 test aparılıb, 262 yeni yoluxma faktı aşkarlanıb, iki nəfər dünyasını dəyişib. İndiyədək ümumilikdə 78 nəfər bu xəstəlikdən vəfat edib. Hazırda 2707 nəfər müalicəsini davam etdirir. Bu gün 100 nəfər xəstə reanimasiyada müalicə edilir, onların 21-i süni tənəffüs aparatına qoşulub.

Milli.Az


Etiketlər:  Növbəti həftələrdə 2 3 gün günlük qapanmalar ola bilər Ramin Bayramlı


RƏYLƏR