Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 23:48
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nellis aviabazasında beşinci nəsil mobil şəbəkə layihəsinə start verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Amerika hərbçilərinin fikrincə, sistemin Nellis bazasında istifadəyə verilməsi, üç mərhələli sınaqdan sonra, 2021-ci ilin yanvarına planlaşdırılır.
Pentaqon 5G texnologiyasının ABŞ-ın hərbi və iqtisadi üstünlüyünü qorumaq üçün vacib olduğunu qeyd edib.
Xatırladaq ki, Nellis aviabazası beşinci nəsil rabitə prototipinin yerləşdiriləcəyi və sınaqdan keçiriləcəyi sayca beşinci baza olacaq.