Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı - FOTO

Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı - FOTO

Tarix: 5 Iyun 2020 12:36

Bakıda polis əməkdaşları tibbi maskadan istifadə ilə bağlı reydlərə başlayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda​ reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadəni tələb edirlər.

Tələblərə riayət etməyənlər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati cəza tədbirləri görülür.

Milli.Az


Etiketlər:  Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ