Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FIFA hakimi qaradərili oyunçuya niyə barmaq göstərdi? – Video

FIFA hakimi qaradərili oyunçuya niyə barmaq göstərdi? – Video

Tarix: 6 Iyun 2020 12:26

Latviyada “Riqa” və “RFS Riqa” komandalarının yoxlama oyunu (0:2) zamanı beynəlxalq qalmaqala səbəb ola biləcək hadisə baş verib.

Qol.az-ın xəbərinə görə, buna FİFA referisi Andris Treymanisin jesti səbəb olub. Kadrlardan görünür ki, hakim qaradərili futbolçu Sedrik Kaudioya qırmızı vərəqə və orta barmağını göstərir.

DÇ-2022-ni idarə etməyə Avropadan namizəd olan 35 yaşlı hakimin bu davranışı sosial şəbəkələrdə geniş müzakirə olunub və pislənilib. 

Amma məsələyə münasibət bildirən Andris Treymanis göstərdiyi jestin səbəbini açıqlayıb. O deyib: “Bu söhbətlərə son qoymaq üçün vəziyyəti izah etməli olacağam. Həmin epizod zamanı futbolçu rəqibə orta barmağını göstərdi. Məhz buna görə, qaydalara əsasən, onu qırmızı vərəqə ilə cəzalandırdım. Futbolçu “qırmızı”nı görədə bunun səbəbini başa düşmədi. Sözlə izahatımı başa düşmədiyi üçün onun etdiyi jesti təkrarlamalı oldum. Yəni bu, futbolçuya qarşı hərəkət deyildi. Sadəcə, oyunçuya nəyə görə cəzalandığını aydınlaşdırmaq istədim”.

Qeyd edək ki, videokadrlarda da hakimin futbolçunu rəqibə orta barmağı göstərdiyi üçün cəzalandırdığı görünür.


 


Etiketlər:  FIFA hakimi qaradərili oyunçuya niyə barmaq göstərdi Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ