Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Pis oynadıq, uduzduq" - Ramil Şeydayev

Tarix: 12 Iyun 2019 00:24

"Pis oynadığımız üçün uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə kifayət etmədi".

Qol.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Zəif çıxış etdiklərini söyləyən futbol çox işləməli olduqlarını bildirib:

"Gərək çox işləyək, çox məşq edək. O zaman hər şey yaxşı olacaq".

Ramil paltardəyişmə otağından gec çıxmalarının səbəbini də açıqlayıb: "Paltardəyişmə otağında heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı. İçəridə AFFA rəhbərliyindən kimsə yox idi".

 


Etiketlər:  Pis oynadıq uduzduq Ramil Şeydayev


RƏYLƏR