Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 20:05
"Bəzi hallar var ki, valideynlərimə də danışmıram. Çox ağır bir borcum var idi. Çətin günlər keçirirdim. Onu ödədim bitdi, zəng edib Nailə xanıma (bəstəkar Nailə Mirməmmədli - red.) ağladım ki, bitdi. İşçilərim baxıb təəccblənirdilər ki, ana-atanıza demirsiz. Onların xəbəri yox idi, onlara danışmıram. Nailə xanımın ailəsi ilə sıx bağlılığım var. Onların evinə kim gəlib gedibsə, hamı ilə elədirlər".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İTV-də yayımlanan "Ötən günlər" proqramında deyib. Müğənni mərhum bəstəkar Hikmət Mirməmmədlidən və Nailə Mirməmmədlidən danışıb. Röya bildirib ki, sözügedən bəstəkarlarla hər zaman sirrlərini bölüşüb:
"Hikmət müəllim şəxsi həyata belə müdaxilə edirdi. 20-21 yaşda məşqə gec gəlirdim, başlayırdı ki, hardan gəlirsən? Tuturdu söhbəti... Deyirdi, qoy kənara o şeyləri, sənətə bax. Nailə xanımla başqa münasibətdə idik, Hikmət müəlimlə tam başqa. Elə şeylər var idi ki, Nailə xanıma danışmırdım. Bilmirəm niyə, bəlkə kişi ilə daha çox dostluq edirəm ona görə.
İlk dəfə onun yanına gedəndə qayıtdı ki, min manat düzəlt gəl, sonra mahnıya qulaq as. Getdim, bir həftədən sonra pulu tapıb gətirdim. Söylədi ki, indi pulu qoy cibinə, gəl oxu. O pulu isə aranjimana ver. Deyirəm, qoyardınız bir həftə əvvəl oxuyum da mahnını. Dedi ki, gərək həmin məsuliyyəti də hiss edəsən".