Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Tarix: 8 Iyun 2020 09:21

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər. Çip kiçik qurğuya yerləşdiriləcək və onu çantada gəzdirmək olar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki,  qurğu koronavirus daşıyıcıları ilə təmasda olmuş insanları müəyyənləşdirəcək. Smartfondan asılı olmayacaq cihazı Sinqapurun hər bir sakininə paylamaq nəzərdə tutulub.
 
Lakin xüsusi daşınan qurğular mütəxəssislərdə narahatçılıq yaradıb. Onlar qeyd ediblər ki, istifadəçilər üçün cihaz tərəfindən hansı məlumatların  hara ötürülməsini araşdırmaq çətin olacaq.
 
Emil Hüseynov


Etiketlər:  Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər


RƏYLƏR