Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanın bütün istənilən, gözləniməz dönüşlərə hazırlığı lazımi səviyyədədir''

''Azərbaycanın bütün istənilən, gözləniməz dönüşlərə hazırlığı lazımi səviyyədədir''

Tarix: 8 Iyun 2020 12:15

Prezident İlham Əliyevin dedikləri həm bizim tariximizlə, həm də bu günümüzlə bağlıdır.

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov iyunun 3-ü Tərtər Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

O, bölgələrdə Prezidentin infrastruktur layihələrinin reallaşması ilə bağlı çıxışlarının və cəbhəyanı bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlərin Azərbaycanın bütün istənilən gözləniməz dönüşlərə hazır vəziyyətə gətirilməsi ilə nəticləndiyini bildirib:

"200 il bundan əvvəl ermənilər bizim bölgəyə gəldikdən dərhal sonra buradakı bədbəxtliklər, problemli vəziyyət indiyə qədər davam edir. Görürük ki, bu ölkənin, bu xalqın sülhə heç bir hazırlığı yoxdur. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Prezidenti erməni xəstəliyinin epiqrisini bilir, onun bütün mənfur göstəricilərini aşkar edir və biz bilirk ki, ümumiyyətlə, Ermənistan öz həddini aşmaqla tək Azərbaycan üçün yox, bölgə üçün problemlər düzəldir.

Bölgələrdə Prezidentin infrastruktur layihələrinin reallaşması ilə bağlı çıxışları və regionlarımızın, cəbhəyanı bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər hamısı bir şeydən xəbər verir ki, Azərbaycan bütün istənilən gözləniməz dönüşlərə hazır olmalıdır və hazırlığı lazımi səviyyədədir. Bu baxımdan da beynəlxalq strukturlara həmişə iradlar yerində səslənir. Çünki bir yandan bütün beynəlxalq təşkilatlar hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın işğalçı siyasətini qınayır, ancaq onların heç biri Ermənistana təzyiq göstərmək istəmirlər, Ermənistanı məsuliyyətə cəlb etmirlər. Bu baxımdan, əlbəttə, biz inciyirik. Çünki işğal, ümumiyyətlə, müharibə bizim ərazilərdə gedir. Digər tərəfdən məcburi köçkünlər, qaçqınlar bizim xalqımıza mənsubdurlar. Bütün bu müvəqqəti çətinliklər hamısı bizə baha başa gəlir".

Politoloq Ermənistanın işğal siyasətini davam etdirəcəyi təqdirdə Azərbaycanın antiterror əməliyyatının qaçılmaz olacağını qeyd edib:

"Prezidentin fikirləri aktualdır. Çünki bir yandan biz hazırlıq səviyyəsini durmadan artırırıq, digər tərəfdən də düşmənə həm də mesaj göndəririk ki, xoşluqla Azərbaycan torpaqlarını tərk etsin. Etməsə, o radikal gediş bizim hüququmuzdur və biz ondan istifadə edəcəyik. Son hadisələr də göstərir ki, Rusiya kimi vasitəçi və onun XİN rəhbəri Sergey Lavrovun fikirləri, mərhələli həll yolu ilə bağlı proqram masa üstündədir, erməniləri maraqlandırmır. Bu, ondan xəbər verir ki, alternativ artıq müharibə variantı kimi aktuallaşır. Prezident İlham Əliyevin də bütün çıxışları yerli-yerindədir, aktualdır, həm də ədalətlidir. Çünki Azərbaycan burada işğal siyasətini inkar edir və Ermənistan onu nümayiş etdirdikcə riskləri, təhdidləri artırır. Ona görə, nəhayət, çıxış yolu kimi həm antiterror əməliyyatı keçirib torpaqlarımızı azad edəcəyik, həm də düşməni yerində oturdacağıq". 

Tofiq Abbasov Ermənistan hakimiyyətinin millət içində millətçilik siyasətini antimultikultural siyasət nümunəsi adlandırıb:

"Biz dünyada yeganə monomillətdən ibarət dövləti görürük, müşahidə edirik. Ermənistanda 3 nəfər yəhudi var, 5 nəfər rus icmasının nümayəndəsi var və s. Onlar onu şişirdərək deyirlər ki, guya, Ermənistanda multikultural siyasət hökm sürür, amma, əslində, belə deyil. Azərbaycanlıları, kürdləri, yezidləri, hamını oradan qovdular. Elə bir şərait yaratdılar ki, orada başqa millətlərin yaşayışı üçün heç bir imkanlar yoxdur. O baxımdan da onlar ölkə daxilində terrorla məşğuldurlar, millət içində millətçiliyi inkişaf etdirirlər - Ermənistan erməniləri Qarabağ ermənilərinə "şurtuvat" deyirlər, yəni çevrilmiş erməni. Digər ölkələrdən gələn ermənilər heç cür orada yaşaya bilmirlər. Suriyadan, Livandan kimlər ki gəldi, gördülər ki, yox, ora yaşamalı yer deyil. Onlar bütün erməniləri I, II, III, VI kateqoriyaya bölürlər. Bunlar ondan xəbər verir ki, bu millətin, ümumiyyətlə, ağaran bir həyat tərzi ilə işi yoxdur. Onlar həmişə səksəkə ilə yaşayırlar, özləri üçün problem yaradırlar və başqalarını da normal həyat tərzi sürməyə qoymurlar".

Prezident İlham Əliyev burada ekoloji terrorla da bağlı fikirlərini bildirdi. Çünki Sərsəng su anbarından su resursunun yay mövsümündə qarşısını kəsdilər ki, Azərbaycana gəlməsin, amma qışda isə buraxırlar ki, Azərbaycanın münbit torpaqları su altında qalsın. Bu, həm də ekoloji terrora qulluq etmək anlamına gəlir. Ona görə də Prezidentin bütün bu fikirləri, çağırışları aktualdır və bir daha onu göstərir ki, Azərbaycanın narazı olmağa tam haqqı var və bu narazılığın müqabilində də biz istədiyimiz kimi davranacağıq. Heç bir şey, heç bir şəxs bizim qarşımızı ala bilməz".

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Azərbaycanın bütün istənilən gözləniməz dönüşlərə hazırlığı lazımi səviyyədədir


RƏYLƏR