Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-dən müzakirələrə səbəb olan görüntülərlə bağlı AÇIQLAMA - VİDEO

DİN-dən müzakirələrə səbəb olan görüntülərlə bağlı AÇIQLAMA - VİDEO

Tarix: 8 Iyun 2020 16:34

Dünən Yasamal rayonunda bir nəfərin karantin qaydasını pozduğu üçün saxlanılan zaman bina sakinlərinin polislərin üzərinə balkonlardan zibil torbaları atması sosial şəbəkələrdə ciddi tənqid olunub. Vətəndaşlar məsələyə münasibətlərində bunun düzgün addım olmadığını bildirərək, polisin qərarları icra etdiyini, xidmət apardığını, insanlara da karantin qaydalarına əməl etməklə evdə qalmağa çağırış ediblər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Çevik Polis Alayının geniş əməliyyat qrupunun həmin binalarda keçirdiyi saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "qafqazinfo"ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: "Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Polis qanunun verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib".


Etiketlər:  DİN dən müzakirələrə səbəb olan görüntülərlə bağlı AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ