Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü

Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü

Tarix: 12 Iyun 2019 11:52

Bakı. Samir Əli - Trend:

Bakıda gənc qadın itkin düşüb.

Trend-in məlumatına görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Vəliyev Niyazi Alı oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yarıyeva Pərvanə Firudin qızı iyunun 7-də səhər saat 9 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumatda bildirilir ki, P.Yarıyeva həmin gün Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Qızıl Qum" çimərliyində olub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü


RƏYLƏR