Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 12:04
Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe karyerasında 100-cü qolunu vurub.
Qol.az-ın məlumatına görə, bu, Avro-2020-nin seçmə mərhələsində dünən keçirilən Andorra ilə matçda (4:0) gerçəkləşib. 11-ci dəqiqədə fərqlənən hücumçu 20 yaş 137 günlüyündə 100-cu qoluna imza atıb.
Hazırda futbolçu karyerasını davam etdirən və dünyanın ən yaxşı oyunçuları olaraq göstərilən Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus") karyerasının 100-cü qolunu 22 yaş 356 günlüyündə, Lionel Messi isə (Argentina, "Barselona") 22 yaş 97 günlüyündə vurub.
Qeyd edək ki, Mbappe ötən mövsüm 33 qolla Fransa liqasının ən yaxşı bombardiri olub.