Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 13:28
Bakı. Trend:
Avropa çimərliklərində suyun keyfiyyəti son 40 il ərzində əhəmiyyətli dərəcədə yüksəlib.
Trend-in məlumatına görə, bu barədə Avropa Ətraf Mühit Agentliyi bildirib.
Ekspertlər Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə və Albaniyada çimərlik üçün nəzərdə tutulmuş 22 295 hövzədə suyu təhlil edib.
Nəticədə su hövzələrinin 85 faizi “əla” keyfiyyətdə olaraq qiymətləndirilib.
Təmiz su hövzələrinin sayına görə Yunanıstan lider olub. Bu ölkədə su hövzələrinin 99,1 faizi təmiz hesab edilib. İlk üçlükdə, həmçinin Avstriya (98,5 faiz) və Malta (97,7 faiz) yer alıb.
Təmiz çimərlik bölgələrinin sayına görə sonuncu yerdə Polşa qərarlaşıb. Bu ölkədə su hövzələrinin 21,6 faizi təmiz hesab olunub.