Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 14:15
Məşhur aparıcı Zümrüd Bədəlova "Xəzər TV" də yayımlanan "5də 5" proqramında qonaq olub.
Sonxeber.net big.az-a istinadla xəbər verir ki, veriliş zamanı aparıcı bir müddət öncə keçirdiyi estetik əməliyyatlardan danışıb. O bildirib ki, qulağını əməliyyat etdirdiyinə görə atası bir neçə gün ondan küsüb:
"Bizim nəsilin bir-birinə ötürdüyü bir şey var. Qulağımızın biri yekə, biri balacadır. Bu da məndə kompleks yaradırdı. Saçımı yığa bilmirdim. Bir neçə dəfə izləyicilər də yazmışdı bunu, pisimə gəlmişdi. Ona görə bu kompleksdən azad oldum. Amma buna görə atam küsdü məndən ki, nəslimizin bir-birinə ötürdüyü xarakteri məhv elədin".
Qeyd edək ki, bir müddət öncə Zümrüd qulaqlarını və gözlərini əməliyyat etdirib.