Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu həftənin cümə günündə dövlət müəssisələrində qısa iş günü olmayacaq.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bəzi müəssisələrdə iş şənbə günləri də adi qaydada olacaq: “Tövsiyə edirik ki, şənbə günlərində 65 yaşdan yuxarı vətəndaşlarımız evdən çıxmasınlar. Ötən dəfə dializ xəstələri ilə bağlı müəyyən problem yaranmışdı. Amma bu həftə tibb müəssisələrində şənbə günlərində adi rejim olduğundan dializ xəstələri də həmin gün dializ oluna biləcəklər”.