Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 20:24
Xroniki xəstəliyi olanlar zəruri dərman vasitələrini əvvəlcədən ala bilərlər. Bu baxımdan, həftə sonu tətbiq ediləcək sərt karantin günlərində hər hansı problemin yaranacağını gözləmirik.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, ötən həftə ərzində də bununla bağlı problem yaranmayıb: "Bu həftə də vəziyyətin belə olacağını gözləyirik. Vətəndaşlar sərt karantin günlərində hər hansı sui-istifadə halına yol vermədən təcili tibbi yardıma müraciət edə bilərlər. Aparılan analizlər onu göstərdi ki, keçən dəfə təcili tibbi yardıma müraciətlə bağlı sui-istifadə hallarına yol verilib. Əgər belə hallara yol verilməsə, sərt karantin günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı azalar".