Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərədə iki futbol çempionatı başa çatdırılıb

İngiltərədə iki futbol çempionatı başa çatdırılıb

Tarix: 9 Iyun 2020 22:58

Koronavirus pandemiyası səbəbindən İngiltərədə iki futbol çempionatı başa çatdırılıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Birinci və İkinci Liqada mövsüm vaxtından əvvəl bitib.

Qərar klub rəhbərliyi ilə keçirilən iclasdan sonra İngiltərə Futbol Liqası tərəfindən açıqlanıb. Klublar mövsümün bitməsinə səs verdiklərindən, təşkilatçılar turnir cədvəlindəki mövqelərə uyğun qalibləri müəyyənləşdirib.

"Koventri" və "Roterhem"in Birinci Liqadan Çempionşipə vəsiqə qazandığı açıqlanıb. İkinci Liqada isə ilk üç pillədə qərarlaşan "Suindon Taun", "Kryu" və "Plimut" Birinci Liqaya adlayıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunması planlaşdırılır.


Etiketlər:  İngiltərədə futbol çempionatı başa çatdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ