Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 04:32
Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun (BVF) icraiyyə şurası ötən gün keçirilən iclasdan sonra Ukraynaya 1,5 il müddətinə 5 milyard dollar məbləğində kreditin verilməsini təsdiqləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondunun mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "İcraiyyə şurası bu gün "stend-bay" kredit mexanizmi çərçivəsində Ukraynaya 5 milyard dollarlıq kredit verilməsini təsdiqləyib".
Bildirilir ki, iyun ayında Ukrayna BVF-dən 2,1 milyard dollar məbləğində ilk tranşı alacaq.