Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 08:20
Bakı. Trend:
Argentinada ötən sutka ərzində yeni növ koronavirusa 1 141 yoluxma halı aşkarlanıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 24 761 nəfərə çatıb. Ən çox yoluxma halı Buenos-Ayres əyaləti (545) və ölkənin paytaxtında (535) qeydə alınıb.
Bildirilir ki, ötən sutka ərzində 24 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 717 nəfərə çatıb, 7 568 nəfər koronavirusdan sağalıb.