Tarix: 10 Iyun 2020 22:26
Premyer Liqaya hazırlıqlarını davam etdirən klublarımızdan bu gün daha ikisi yoxlama oyununda üz-üzə gəliblər.Qol.az xəbər verir ki, “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Sumqayıt şəhər stadionunda keçirilən matçda bərabərliklə başa çatıb - 2:2.
10 iyun
Yoxlama görüşü20:00. “Sumqayıt” - “Qəbələ” - 2:2
Qollar: Elvin Cəfərquliyev, 8, Amil Yunanov, 73 – Roman Hüseynov, 42, Nikolas Raysel, 60-pen
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 23 xalla 4-cü, "Qəbələ" isə 19 xalla sonuncu - 8-ci yerdədir. Turnirin iyunun 21-də bərpa ediləcəyi açıqlanıb.