Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''50 nəfərlik toy etsək, pulu necə yığacağıq?'' - Bakı sakinləri arasında VİDEOSORĞU - FOTO

''50 nəfərlik toy etsək, pulu necə yığacağıq?'' - Bakı sakinləri arasında VİDEOSORĞU - FOTO

Tarix: 10 Iyun 2020 15:14

Koronavirus epidemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejimi zaman keçdikcə yumşaldılsa da, toylarla bağlı qadağalar qalmaqdadır. 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, iyun ayında toyların keçirilməsi nəzərdə tutulmur. O, qeyd edib ki, 10 nəfərdən çox şəxsin bir yerə toplaşması qadağan edildiyindən bu məsələ məqsədəuyğun hesab edilmir.

Toy sektorundakı qadağalar isə sənət adamlarını narahat etməyə başlayıb. Onlar toyların bərpası üçün müraciətlər edir, narahat olduqlarını, maddi durumlarının yaxşı olmadığını bildirirlər.

Bundan əlavə, sosioloqlar toylarla bağlı müxtəlif fikirlər səsləndirərək, toy adətlərimizdə dəyişiklik edilməsini, israfçılığın yığışdırılmasını təklif edirlər. 

Digər bir təklif isə toyların 50 nəfərlik keçirilməsidir. 

Bəs, Bakı sakinləri toylarla bağlı qadağalar haqqında nə düşünürlər? Onların 50 nəfərlik toy etməyə münasibəti necədir?

Sonxeber.net bildirir ki, musavat.com-un əməkdaşları mövzu ilə bağlı sorğu keçiriblər və şəhər sakinlərinin fikrini öyrəniblər. 

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.


Etiketlər:  nəfərlik etsək pulu necə yığacağıq Bakı sakinləri arasında VİDEOSORĞU FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ