Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cihazlar uşaqların inkişafına mane olur

Cihazlar uşaqların inkişafına mane olur

Tarix: 12 Iyun 2019 15:24

Britaniyanın “Barnardo's” xeyriyyə təşkilatı cihaz və sosial şəbəkələrin uşaqların inkişafı üçün ciddi təhlükə olduğunu açıqlayıb.

 

Təşkilatın hesabatına əsasən, cihaz və sosial şəbəkələrdən erkən istifadə asılılığa, həmçinin əsas sosial bacarıqların itməsinə gətirib çıxara bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Barnardo's” təşkilatı valideynlərin öz azyaşlı uşaqlarının smartfon və planşetdən tez-tez istifadəsinə (məsələn, uşaqları darıxmağa qoymamaq üçün “YouTube”da onlara uşaq kanalları qoşurlar ) icazə verməsindən narahatdır. Ailə daxilində ünsiyyət azalır və bu, uşaqların psixi inkişafına mənfi təsir göstərir.

 

Digər problemlər daha çox böyük yaş qrupunda özünü büruzə verir. Yeniyetmələrin “Snapchat”, “Instagram” və “Twitter” kim texnologiya və sosial şəbəkələrə həddən artıq bağlılığı narahatçılıq hissinin artmasına səbəb olur.

 

Buna baxmayaraq, “Barnardo's” təşkilatı internet və sosial şəbəkələrin yeniyetmələrə faydalı olduğunu da etiraf edir. Məsələn, şəbəkədə ünsiyyət sosial baxımdan təcrid olma hissini azalda bilər.

 

Emil Hüseynov




Etiketlər:  Cihazlar uşaqların inkişafına mane olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ