Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 07:12
Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər. Çip kiçik qurğuya yerləşdiriləcək və onu çantada gəzdirmək olar.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qurğu koronavirus daşıyıcıları ilə təmasda olmuş insanları müəyyənləşdirəcək. Smartfondan asılı olmayacaq cihazı Sinqapurun hər bir sakininə paylamaq nəzərdə tutulub.
Lakin xüsusi daşınan qurğular mütəxəssislərdə narahatçılıq yaradıb. Onlar qeyd ediblər ki, istifadəçilər üçün cihaz tərəfindən hansı məlumatların hara ötürülməsini araşdırmaq çətin olacaq.