Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bavariya” Almaniya Kubokunun finalında ''Bayer''lə qarşılaşacaq

“Bavariya” Almaniya Kubokunun finalında ''Bayer''lə qarşılaşacaq

Tarix: 11 Iyun 2020 07:36

Almaniya Futbol Kubokunun yarımfinal oyununda Münhen "Bavariya"sı 2:1 hesabı ilə Frankfurtun "Ayntraxt" komandasını məğlub etdi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, qalib komanda tərəfindən qolları İvan Perişiç (14-cü dəqiqə) və Robert Levandovskiy (74-cü dəqiqə) vurublar. "Ayntraxt" klubundan fərqlənən isə Denni Da Kosta olub (70-ci dəqiqə).

Final matçda "Bavariya" leverkuzenli "Bayer" komandası ilə görüşəcək. Oyun 4 iyul tarixinə planlaşdırılıb.

Xatırladaq ki, "Bavariya" Almaniya Kubokunun 19 dəfə sahibi olub. "Ayntraxt" isə eyni kuboku 5 dəfə qazanıb.

Almaniya futbol çempionatı mayın 16-da koronavirus pandemiyası səbəbindən yaranan fasilədən sonra Avropanın beş aparıcı liqalarının birinci bərpa olunan turniri oldu. Bütün matçlar təhlükəsizlik tədbirlərinə uyğun olaraq - arenada 322 nəfərlik limit şərti ilə tamaşaçısız keçirilir. Komandalar oyun zamanı beş əvəzləmə hüququna malikdirlər.


Etiketlər:  Bavariya Almaniya Kubokunun finalında Bayerlə qarşılaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ